Ordumuzun əsgəri faciəvi şəkildə VƏFAT ETDİ (Video izlə)

Azərbaycan Ordusunun hərbi qulluqçusunu elektrik cərəyanı vuraraq öldürüb.

Respublika Hərbi Prokurorluğundan verilən xəbərə görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

Related posts

Sürücüləri çaş-baş salan lövhə: “Elə bildim ki, işıqfordur, işləmir” – VIDEO

Bakıda iki yaşlı körpə xəstəxanada öldü – VİDEO

RƏZALƏT: Boğazına ip bağlayıb qayınanasının ayağından öpdürdükləri şəxsin atası danışdı – VİDEO