Onunla evlənmək istəməyən qızı oğurlayıb, evində əsir saxladı (Video izlə)

Rusiyanın Tambov vilayətində erməni Amik Şamoyan onunla evlənmək istəməyən 18 yaşlı Bella Ravoyanı qaçırıb və bir neçə gün əsir saxlayıb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Tambov vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

İstintaqın məlumatına görə, 20 yaşlı Amik Şamoyan, onun atası Ohannes və böyük qardaşı Alo tanışlarının yaşadıqları mənzilə soxulub, fiziki güc tətbiq edərək qızı tutub və onun razılığı olmadan Nijni Novqorod vilayətinə aparıblar.

Bir neçə gün sonra qız onların əlindən qaçmağı bacarıb və kömək üçün polisə müraciət edib.

Rusiyanın regional Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs qısa zamanda saxlanılıb. Onun atası və böyük qardaşı isə federal axtarışa verilib.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO