Oman müftisi ABŞ tələbələrinin Qəzzə aksiyasını dəstəkləyib

Oman müftisi bəyanat yayaraq ABŞ tələbələrinin sionist rejim cinayətlərinə olan etiraz aksiyalarını dəstəkləyib.

İRNA-nın məlumatına əsasən, Şeyx Əhməd bin Həməd Xəlili Oman müsəlmanlarının Amerika ali təhsil mərkəzlərinin tələbə və müəllim etirazlarını təqdirəlayiq hesab etdiyini, sionist rejim cinayətləri əleyhinə keçirilən etiraz aksiyalarını dəstələndiyini elan edərək deyib: Hegemon dövlətlərə qarşı bu şücaətli addımın genişlənməsini, sionist rejimlə müttəfiq ölkələrin çirkin siyasətlərində dəyişəcəklərinə ümid edirik.

Şeyx Əhməd həmçinin əlavə edib: Bu, işğalçı düşmənlərə qarşı etirazlar həqiqətlərə üstünlük verən insanların dünyaya ibrət dərsidir.

Xatırladaq ki, sionist rejimin baş naziri ABŞ tələbələrinin etira aksiyasını antisemitist ünsür adlandıraraq onların Amerikanın aparıcı universitetlərini ələ keçirdiyini vurğulamışdı. O, ABŞ tələbələrinin İsraili məhv etməyə çağırdığını, yəhudi tələbələrə professor və işçilərə hücum etdiklərini, bunun bir qəddarlıq olduğunu və buna son qoyulmasını iddia etmişdi.

Netanyahu Amerika universitetlərinin rəhbərlərini tənqid edərək demişdi ki, bir neçə universitet rektorunun bu məsələyə reaksiyası biabırçı idi və daha çox tədbir görülməlidir.

Related posts

Ağ Ev: Qəzzədə atəşkəs mümkündür

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək