“Ölüm və həyat”ı neftlə “boyadılar” (Video izlə)

Letzte Generation ətraf mühit hərəkatının iki fəalı avstriyalı rəssam Qustav Klimtin (1862-1918)  Vyanadakı Leopold Muzeyində sərgilənən “Ölüm və həyat” (“Tod və Leben”) tablosunun üzərinə  neft töküblər.

Bu barədə hərəkatın “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilib.

“Adamlarımız bu gün Leopold Muzeyində Klimtin “Ölüm və həyat” tablosunun üzərinə neft tökdü. Yeni neft və qaz quyuları bəşəriyyət üçün ölüm hökmüdür”, – deyə ekoloji fəallar qeyd ediblər.

Fəallar hadisənin videosunu da paylaşıblar. Videoda onlardan birinin tablonun qoruyucu şüşəsinə kanistrdən neft tökdüyü, digərinin isə özünü kətana yapışdırdığı əks olunub.

Aksiya iştirakçıları muzeyin mühafizəsi tərəfindən saxlanılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi