“Ölüm daşı” nəhayət parçalandı – Fəlakət olacaq? – FOTO

Yaponiyanın paytaxtı Tokiodan təxminən 160 kilometr şimalda yerləşən Nikko Milli Parkında “ölüm daşı” kimi tanınan vulkanik qaya ikiyə bölünüb.

Yapon mifologiyasındakı rəvayətə görə, bu heç də yaxşı xəbər sayılmır. Hadisənin baş verdiyi parkın bələdçisi bildirib ki, uzun müddətdir ki, “ölüm daşı” (Sessho-seki) adlanan qayada pis tülkü ruhunun möhürləndiyi və qayanın ölümcül birinə çevrildiyi deyilirmiş. Yaponlar inanırlar ki, hündürlüyü təxminən 2 metr, diametri isə 8 metr olan qayada sıxışan Tamo-no-Mae adlı tülkü daş qırılan zaman sərbəst qalacaq. Bununlada dəhşətli fəlakətlər yer üzünə yayılacaq.

Park rəsmisi Riko Kitahara onu da deyib ki, daş hökumət tərəfindən təyin edilmiş mədəni mülkiyyət sayıldığı üçün onunla bağlı hansı qərarı verəcəklərinə əmin deyillər.

“Biz hesab edirik ki, daş təbii olaraq parçalandığı üçün olduğu kimi buraxılmalıdır”.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO