Ölülərin evdə dolaşan ruhları

QafqazTimes.com The Guardian-a istinadən xəbər verir: 3500 yaşlı palçıq tablo Britaniya muzeyinin Yaxın Şərq şöbəsinin kuratoru İrvinq Finkelin diqqətini cəlb edib. Tablonun arxasındakı qeydlərdən aydın olur ki, mövzu ruhların qovulmasıdır. Avropa 19-cu əsrdə Yaxın Şərqdə arxeoloji qazıntılar aparıb və çox dəyərli tapıntıları qəpik-quruşa alaraq amansızcasına mənimsəyib. Tablo ilə bağlı mətndən aydın olur ki, dünyada işləri yarımçıq qalmış ölünün ruhunun evdə dolaşması Vavilonda adi hadisələrdən imiş. Bu ruhu qovmaq lazımmış! Ruhu peşəkar akzorsist qova bilir. Vavilonda ruhu qovmaq üçün iki mücəssəmə hazırlanırmış. Qovulmalı mücəssəməyə səfər paltarı, evdə qalacaq mücəssəməyə ev paltarı geydirilərmiş.

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya