Mahmud Əz-Zihar: Səudiyyə koalisiyası regionun gələcəyində yeri olmayan güclərə arxalanır

QafqazTimes xəbər verir ki, HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud Əz-Zihar bu gün Səudiyyə-BƏƏ koalisiyası tərəfindən yəmənli mülki vətəndaşların öldürülməsinə reaksiya olaraq deyib: “Fars körfəzinin ərəb dövlətləri Yəmənə qarşı təcavüzün və sionist rejimlə saziş siyasətinin əvəzini ödəyəcəklər.”

Əz-Zihar Əl-Məyadin telekanalına müsahibəsində deyib: “Yəmənin işğalı sionist rejimin fələstinlilərə qarşı təcavüzü kimidir.”

O, deyib: “Səudiyyə koalisiyası Qərb və sionist rejimin razılığını əldə etmək istəyir. Fars körfəzindəki ərəb rejimləri uğursuz plan seçiblər və onlar regionun gələcəyində yeri olmayan güclərə arxalanırlar.”

HƏMAS rəsmisi həmçinin vurğulayıb: “Məhz ərəb rejimlərinin zülmü onların xalqlarının işğala və sionist rejimlə əlaqələrin normallaşmasına qarşı etiraz səslərini bildirmələrinə mane olur.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO