Ölmüş atasını il yarım soyuducuda saxladı: Hərdən söhbət etmək üçün – FOTO

Niderland sakini ölən 101 yaşlı atasının meyitini dondurucuda gizlədib. O, bu hərəkətini velideyni ilə danışmaq istəyi ilə izah edib.

İşin üstü uzunömürlü xəstəsi barədə çoxdan xəbər almayan “Landqraf” icmasının həkiminin polisə müraciətindən sonra açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə axtarış aparıb və dondurucuda 101 yaşlı kişinin meyitini aşkar ediblər. Məlum olub ki, niderlandlı təxminən il yarım əvvəl təbii səbəblərdən dünyasını dəyişib, onunla birlikdə yaşayan 82 yaşlı övladı isə cəsədi saxlamaq qərarına gəlib.

Mərhumun oğlu ölümdən sonra onunla söhbətləşməyə davam etmək üçün atasını dondurduğunu bildirib.

“Onu itirmək istəmirdim. Əks təqdirdə, çox darıxacaqdım”, – deyə kişi hərəkətini izah edib.

Hazırda polis təqaüdçünün qalıqlarının dələduzluq məqsədilə gizlədilib-gizlədilmədiyini öyrənməyə çalışır. Bunun üçün mütəxəssislər ölümün dəqiq səbəbini və vaxtını müəyyən etməlidirlər.

Mərhumun oğlu hələ də azadlıqdadır. Qonşuların dediyinə görə, kişinin özü ağır xəstədir və mütəmadi olaraq xəstəxanaya getməli olur.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO