Olimpiada-22: ABŞ-ı saya salan olmadı!

QafqazTimes.com AiF-ə istinadla xəbər verir: BMT baş katibi Pekin olimpiadasına dəvəti qəbul edib. Antoniu Quterriş 22 fevralda Pekində start götürəcək qış olimpiadasında iştirak edəcək. Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik açıqlama verib. Quterrişin Çin dövlətindən olimpiadaya dəvətnamə aldığı bildirilir. Baş katibin bu addımı dünyaya mesaj verir ki, ABŞ-ın olimpiadanı boykot etməsi qərəzli addımdır. Yada salaq ki, ABŞ Çin olimpiadısını diplomatik boykot etmək qərarına gəlib. ABŞ-a həmişəki kimi Kanada, Avstraliya, Britaniya qoşulub. İdmanın siyasiləşdirilməsi dünya miqyasında qeyri-əxlaqi tədbir kimi dəyərləndirilir.

Related posts

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik