Nyu-Yorkun mərkəzində kran alovlanaraq yola aşdı: Binalar boşaldıldı – FOTO/VİDEO

ABŞ-ın Nyu-York şəhərinin mərkəzi məşhur Manhetten küçəsində tikinti kranı alovlanıb.

Nəticədə kran aşıb və zərbədən yaxınlıqdakı şüşə göydələnə ziyan dəyib.

Şahidlər sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşıblar.

Videoda alovlanan texnikanın aşdığı və digər göydələnin divarına necə dəydiyi, daha sonra isə küçənin ortasına düşdüyü əks olunub.

Kranın aşdığı ərazidə olan insanlar qaçaraq canlarını qurtara biliblər. Səlahiyyətlilər ehtiyat tədbiri kimi yaxınlıqdakı binaların təxliyə olunduğunu bildiriblər. Yaxınlıqdakı küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yanğınsöndürənlər alovun qarşısını almağa çalışsalar da, buna güclə nail olublar.

Hələ yanğın və kranın aşması nəticəsində ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO