Nyu York polisi irqçilik əleyhinə keçirilən mitinq iştirakçılarına basqın etdi

Qafqaztimes xəbər verir ki, Nyu York polisi, bu şəhərdə keçirilən irqçilik əleyhinə bir mitinqi dağıdaraq bir sıra mitinq iştirakçılarını həbs edib.

CBS xəbər saytının verdiyi məlumata görə, ABŞ-dakı irqi ayrıseçkiliyə etiraz edənlər cümə axşamı gecəsi Nyu York şəhərinin Mərkəzi Parkında toplanmışlar

Etirazçılar ABŞ-dakı mütəşəkkil irqçiliyə və polisin vəhşiliyinə qarşı şüarlar səsləndirərək qitənin ilk avropalı kəşfiyyatçısı Kristofer Kolumb da daxil olmaqla bir neçə şəxsiyyətin heykəllərinin üzərinə qırmızı rəng səpmişlər.

Polis Mərkəzi Parka girdikdən sonra nümayişçilərlə toqquşmuş və onlardan bir çoxunu saxlamışdır.

İyun ayının əvvəlində Minneapolis polisi 46 yaşlı qaradərili Corc Floydu qətlə yetirdikdən sonra, Minneapolisdə polis vəhşiliyinə və irqçi ayrıseçkiliyə qarşı ümummilli etirazlar başladı və bu etirazlar ABŞ-ın digər şəhərlərinə də yayıldı.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır