Nigeriya xalqı Şeyx Zəkzakinin azad edilməsi münasibəti ilə şadlıq edib

Qafqaztimes xəbər verir ki Əl-Aləm telekanalının verdiyi məlumata görə, Nigeriya şəhərləri, Nigeriya İslam Hərəkatının və ölkə şiələrinin lideri olan Şeyx İbrahim Zəkzakinin azad edilməsi ilə əlaqədar geniş qeyd olunan şənliklərə şahidlik edir.

Vətəndaşlar Nigeriyanın şimalındakı Zaria, Kano, Buşi, Qambi, Katsna və Borno şəhərlərində əsassız və sübuta yetirilməmiş dəlillərlə təxminən altı il həbsdə olan Şeyx və həyat yoldaşının azadlığa buraxılması münasibətilə bayram etmişlər.

Nigeriyanın şiə lideri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı 6 illik amansız həbs cəzasına dözdükdən sonra nəhayət sərbəst buraxılıb.

Bu xəbərə görə, Nigeriya məhkəməsi Şeyx İbrahim Zəkzaki və həyat yoldaşına 6 il sonra bütün ittihamlar üzrə bəraət verib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!