Niderlandda kafedə insanlar girov götürüldü – FOTO/VİDEO

Niderland polisi “Petticoat” kafesində insanları girov götürən şəxsi saxlayıb.

Bu barədə hüquq-mühafizə orqanından xəbər verilib.

“Sonuncu girov indi azad edildi. Bir nəfər həbs edilib”, – deyə polisdən bildirilib.

Hüquq-mühafizə orqanının əməkdaşı hələlik başqa məlumat verə bilməyəcyini vurğulayıb.

Məlumata görə, hücumçu gecə klubundan əlləri yuxarı çıxaraq təslim olub.

Ümumilikdə kafedə beş girov olub. Onlardan əvvəlcə üçü, sonra isə ikisi azad edilib.

10:16

Niderlandın Gelderland əyalətinin Ede şəhərində naməlum şəxs “Petticoat” əyləncə mərkəzindəki kafedə insanları girov götürüb. 

İlkin məlumatlara görə, bir nəfər silah və partlayıcı ilə binaya daxil olaraq partlayış törətməklə hədələyib.

Hadisə yerinə polis qüvvələri, həmçinin Partlayıcı Sursatların Zərərsizləşdirilməsi (EOD) Xidməti cəlb olunub.

Bir neçə saat çəkən danışıqlardan sonra üç girovu azad etmək olub. Əməliyyat davam edir.

Polis Ede sakinlərini mərkəzə gəlməməyə çağırır. Şəhərin bir hissəsi mühasirəyə alınıb, mağazalar hələ də bağlıdır. Ehtiyat tədbiri olaraq 150-yə yaxın ev təxliyə edilib.

Lakin polis hadisənin terrorla bağlı olmadığını ehtimal edib.

Related posts

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO