Netanyahunun yolu kəsildi / Lapid baş nazir olmağa hazırlaşır

QafqazTimes xəbər verir ki, Knessetin buraxılması ilə bağlı bu yaxınlarda keçirilən səsvermədən sonra sionist rejimin baş nazirinin ofisi Təl-Əvivin xarici işlər naziri Yair Lapidi baş nazir postuna yiyələnməyə hazırlıq üçün mühüm siyasi və təhlükəsizlik məsələləri ilə bağlı izahat verməyə başlayıb.

“Russia Today” bu barədə yazır: “Knessetin buraxılması haqqında qanunun son oxunuşunun sabah (bazar ertəsi) və ya ən geci çərşənbə axşamı oxunacağı gözlənilir. Bu addım İsrailin keçmiş baş naziri Benyamin Netanyahunun yolunu kəsmək məqsədi ilə atılacaq ki, o, alternativ kabinet formalaşdırmaqda müvəffəq ola bilməsin.”

Netanyahu daha əvvəl etiraf etmişdi ki, o, Fələstin Muxtariyyətinin prezidenti Mənsur Abbasın rəhbərlik etdiyi Birləşmiş Ərəb koalisiyasının onun quracağı kabinet koalisiyasına qoşulmasına icazə verməyəcək. O, Fələstin ərəb nümayəndələrini antisemit və terrorçuların hamisi kimi xarakterizə edib.

Bununla belə, bəzi sionist nümayəndələr də Netanyahunun erkən seçkilər keçirmək əvəzinə alternativ kabinet yaratmaq məqsədinə qarşı çıxıblar. Yeni Ümid Partiyasının lideri Gideon Saer, “Netanyahunun qayıtmaq şansı olmaması üçün (Knessetin və seçkilərin buraxılması) qanun layihəsini dəstəklədim”, deyib.

Related posts

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…

Dünyanı kim qarışdırır?