Netanyahunun 70 min səhifəlik cinayət dosyesi ifşa edildi

İran İsrail baş nazirinin məhkəmələrdəki 70 min səhifəlik cinayət dosyelərinin surətini əldə edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, xroniki psixoloji xəstəliyi ehtimal olunan Binyanmin Netanyahuya aid 70 min səhifəlik məhkəmə işini surəti Tehran Times qəzetinə daxil olub və bu məsələ baş nazirin siyasi həyatını təhlükəyə sala bilər.

İlkin sızılan məlumata görə Netanyahu və həyat yoldaşı Sara hər ikisi xroniki psixoloji xətəlikdən əziyyət çəkirlər. Bu iddia isə Netanyahunun hakimiyyətə layiq olmadığını sübut etmək üçün Yair Lapid tərəfindən qaldırılıb.

Deyilənlərə görə Yair Lapid Netanyahu ailəsinin psixoloji problemlərini təsdiqləyən sənədləri məhkəməyə təqdim edib və hakim də araşdırdıqdan sonra ilkin qərarı verib. Amma dosye baş hakimə verildikdən sonra işin üstü ört-basdır edilib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur