Netanyahu üçün böyük məğlubiyyət; Bennett və Lapid nəhayət kabinet qurmağa müvəffəq oldular

Qafqaztimes xəbər verir ki, İsrail prezidentinin hökumət qurma fürsətinin bitməsinə bir neçə saat qalmış KİV-ləri elan etmişlər ki, “Yeş Atid” partiyasının lideri Yair Lapidin vahid ərəb siyahısının kabinet qurma koalisiyasına qoşulmasına razılıq verməsilə o,  artıq kabinet qurmaq üçün lazımlı vasitələri əldə etmişdir. Yeni kabinet üzvlərinin  siyahısının sionist rejimin prezidentinə təhvil verilməsi planlaşdırılır.

Sionist KİV-ləri belə bir kabinetin qurulmasını Benyamin Netanyahunun 12 illik rəhbərlikdən sonra onun siyasi həyatının sona çatması kimi qiymətləndirmişlər.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Yair Lapid İsrail prezidentinə məktub yazaraq yeddi partiyanın razılığı ilə yeni bir kabinet qura biləcəyini bildirib.

Sputnik-in verdiyi məlumata görə, İsrail prezidentinin ofisi Yamina partiyasının lideri Naftali Bennettin iki il müddətində baş nazir və Yair Lapidin isə alternativ baş nazir olacağını açıqlayıb.

Related posts

Dünyanı kim qarışdırır?

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı