Netanyahu müxalifləri susmaq bilmir

Sionist rejimin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarına müxalif vətəndaşlar 9-cu həftədir ki, anti-hökumət aksiyalarını davam etdirir.

Əl-Aləm telekanalının məlumatına əsasən, minlərlə israil vətəndaşı Tel-Əvivdə Netanyahu islahatlarına etriaz edərək anti-hökumət aksiyalarını davam etdirirlər.

İbri dilli media vasitələri 4 mart tarixində Tel-Əvivdə “Məhkəmə çevrilişi” adlı anti-hökumət aksiyasında minlərlə qəsəbə israillinin iştirakını işıqlandırıblar.

Benyamin Netanyahu məhkəmə sistemində bir sıra məhdudiyyətlər yaratmaq məqsədi ilə “məhkəmə islahatı” adlı təklifini təsdiqləməyə çalışsa da, bu heç də xalqın və keçmiş dövlət məmurlarının tələbinə uyğun olmadığı üçün etirazlara səbəb olub.

Siyasi vəziyyətə olan etirazlar təkcə paytaxt tel-Əvivdə deyil, işğal olunmuş Qüds və Həyfa şəhərlərində də geniş vüət alıb. Belə ki, ötən həftə aksiya iştrakçılarının sayı 100 min nəfərdən çox elan edilib.

Baş nazir məhkəmə sistemində islahat paketinin ölkə idarəetməsində tarazlıq yaratmaq məqsədli olduğunu iddia edir.

Ekspertlərin fikrincə, fələstinlilərə qarşı cinayətlər müqabilində zəifləyən Netanyahunun bu siyasəti daxili çaxnaşma ilə birlikdə sionist rejimin süqutunu daha da tezləşdirməkdədir.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib