Netanyahu İranla düşmənçiliyini bir daha etiraf etdi

Sionist rejim baş naziri Benyamin Netanyahu işğal olunmuş ərazilərin şimalında hərbi komandirlərlə görüşündə deyib: İran, Suriya və Livanda bu ölkə ilə əlaqəli qruplaşmalar İsrailin həqiqi düşmənləridirlər.

Fars Xəbər Agentliyinin verdiyi informasiyaya əsasən Benyamin Netanyahu bu gün (11 yanvar)  Livanla sərhəd bölgələrinə səfərində həmçinin deyib: Biz İranın Suriya və şimal sərhədlərimizdə yerləşməsinə göstərdiyi cəhdlərin qarşısında qətiyyətlə dayanmışıq.

Sionist rejim baş naziri çıxışının davamında deyib: Bizimlə düşmənçilik edən Hizbullahla da mübarizədə qətiyyətliyik və lazım gələrsə, kimliyindən asılı olmayaraq bu zəmində keçilməz qırmızı xətlərimizi xatırladacağıq.

Qeyd edək ki, B.Netanyahu dünən axşam İranın günü-gündən artan təhdidlərinə qarşı Amerikadan Tel-Əvivlə əməkdaşlıq istəyərək deyib: Artıq ortaq dəyərlərin müdafiəsi üçün ABŞ, İsrail və digər ölkələrin müttəfiqlik vaxtıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl də sionsit rejimin müharibə naziri Yuaf Galant ABŞ müdafiə naziri ilə telefon danışığında Tel-Əviv İranın nüvə silahı işinə mane olması üçün əlindən gələni əsirgəməyəcəyini demişdi.

Related posts

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı