Netanyahu: İranı cilovlamaq üçün Səudiyyə Ərəbistanı ilə əlaqələr quracağıq

QafqazTimes xəbər verir ki, sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün (bazar ertəsi) işğal olunmuş Qüdsdəki Amerika yəhudi təşkilatlarının rəhbərlərinin konfransında Səudiyyə Ərəbistanı hökuməti ilə əlaqələrin qurulmasını yüksək qiymətləndirib.

“Shahab News” saytının məlumatına görə, siyasi böhrana qərq olan Netanyahu iddia edib ki, ərəb dünyası “İran təhlükəsi ilə mübarizəni” öz prioriteti hesab edir və bu, bu ölkələrin İsraillə yaxınlaşmasına səbəb olub.

Görünür, Netanyahunun ərəb dünyasından məqsədi kompromisə gedən bir neçə ölkədir və ərəb dünyasındakı sionizmə nifrət dalğasını görməzdən gəlir.

Sionist rejimin baş naziri daha sonra Səudiyyə hökuməti ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində atılan addımlara işarə edərək, Ər-Riyadla əlaqələrin qurulmasının “İsrailin Yaxın Şərqdəki mövqeyi üçün tarixi hadisə olduğunu” iddia edib.

O, həmçinin əlavə edib: “Biz İranın təhdidlərinin qarşısını almaq hədəflərinə uyğun olaraq Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqələr qurmağa doğru irəliləyirik və bu məqsədlərə nail olunarsa, biz çox mühüm sıçrayış əldə etmiş olarıq.”

Netanyahu sionist rejim ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin iqtisadi perspektivinə də toxunaraq deyib: “İqtisadi imkanlardan biri İordaniya tərəfdən dəmir yolu vasitəsilə Ərəbistan yarımadasının Hayfa limanına birləşdirilməsidir. Bu layihə, bir hissəsi Hayfa və Beyt Şundan keçən Osmanlı dövründəki dəmir yolu xətlərinə yönəldiləcək.”

O, həmçinin bildirib ki, Təl-Əviv və Ər-Riyad arasında əlaqələr qurularsa, neft kəməri Aralıq dənizinə daxil olmaq üçün Qırmızı dənizi keçmək əvəzinə işğal olunmuş Fələstindən keçmək imkanı əldə edə biləcək.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri