Netanyahu 15 illik hakimiyyətini itirmək ərəfəsindədir

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun, müəyyən olunmuş zaman çərçivəsində yeni bir kabinet qura bilməcəyi və onun işğal olunmuş Fələstin ərazilərindəki 15 illik hakimiyyətinin sona çatması ehtimal olunur.

“Wall Street Journal” yazıb ki, Netanyahu ona verilən fürsəti qaçıracağı və kabinet qura bilməyəcəyi təqdirdə 15 illik hakimiyyəti sona çatacaq.

Mart ayında işğal edilmiş Fələstində keçirilən bir yarımçıq seçkilərdən sonra nə Netanyahu, nə də rəqiblərindən heç biri kabinet qurmaq imkanını əldə edə bilməmişlər, lakin İsrail millət vəkillərinin əksəriyyəti prezidentin Netanyahunu yenidən bu iş üçün təyin etməsinə razılaşmışlar.

Netanyahu müxtəlif partiyalarla həftələrcə apardığı məsləhətləşmələrdən sonra müvəqqəti istefası təklifi də daxil olmaqla müxtəlif təkliflər irəli sürmüşdür, lakin bu təkliflərin heç birinin ixtilafların həllinə kömək etmədiyi görünür və yəqin ki, o, yeni kabinet qurmağa müvəffəq olmayacaqdır.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!