Netanyahu: Ərəbistanla sazişə görə İsraili təhlükəyə ata bilmərəm

Sionist rejimin baş naziri Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrdə irəliləyişin olacağına nikbin olduğunu, amma bu sazişə görə İsraili təhlükə altına ata bilməyəcəyini deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu dünən (7 avqust) Blomberglə müsahibəsində deyib: Məncə biz hal-hazırda tarixi bir anı yaşamaq ərəfəsindəyik. Çünki Səudiyyə Ərəbistanı ilə razılaşmanın tam bir addımlığındayıq. Amma nələr baş verəcəyinə zəmanət verə bilmərəm.

Netanyahu daha sonra iddia edib ki, heç bir rəsmi razılaşma olmadan Tel Əviv- Riyaz münasibətlərində normallaşmanı gözləmək lazımdır. Bu minvalla iqtisdi, enerji, nəqliyyat və rabitə sahələrində dəhliz qurulma imkanı var. Asiyadan tutmuş, Ərəbistan yarımadası və Avropaya qədər bizim coğrafi mövqeimiz buna imkan yaradır.

Baş nazir bir daha Ərəbistanla rəsmi müqavilə olmadan əməkdaşlıqların başlanacağını vurğulayıb.

Related posts

Sionist rəsmi: İsrailin 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır