NBC: İran tərəfindən saxlanılan Yunan tankerləri ABŞ-a doğru gedirmiş

QafqazTimes xəbər verir ki, ABŞ-ın indiki və keçmiş hökumət rəsmisinin verdiyi məlumata görə, İran tərəfindən ələ keçirilən Yunanıstana məxsus neft tankeri dəyəri 100 milyon dollardan çox olan on minlərlə qallon nefti ABŞ-a aparırmış.

NBC telekanalı dövlət rəsmilərinə istinadən xəbər verib ki, Mayın sonunda “Prudent Warrior” tankeri İraqdan Texasa gedərkən İran onu Fars körfəzinin beynəlxalq sularında saxlayıb və onu öz ərazi sularına yönləndirib.

Məlumata görə Dövlət Departamentinin sözçüsü ABŞ-ın mayın 27-də Yunanıstan bayrağına malik iki gəminin İnqilab Keşikçiləri tərəfindən ələ keçirilməsini pislədiyini bildirib və əlavə edib: “Gəminin təyinatı və ya onun nefti haqqında heç bir məlumatımız yoxdur. Diplomatik əlaqələrimizlə bağlı heç bir şərhimiz yoxdur. Birləşmiş Ştatlar bu haqsız işğal qarşısında müttəfiqimiz və NATO üzrə əsas tərəfdaşımız olan Yunanıstanın yanında olmağa davam edir.”

İran İnqilab Keşikçiləri Korpusunun donanması cümə günü (26 iyun) Fars körfəzi sularında qanun pozuntularına görə Yunanıstana məxsus iki neft tankerini saxlayıb. İki tankerin saxlanılması xəbərindən sonra “Associated Press” xəbər verib ki, ABŞ Hərbi Dəniz Qüvvələri bununla bağlı xəbərləri araşdırdığını açıqlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi Yunanıstan tankerlərinin ələ keçirilməsi ilə bağlı verdiyi açıqlamada deyib: “Sepahın dəniz donanması cümə günü Fars körfəzinin sularında qanun pozuntularına görə iki Yunan tankerini ələ keçirib. Bu gəmilərdən biri Əsəluyə yaxınlığında, digəri isə Bəndər Lingə yaxınlığında saxlanılıb. “Prudent Warrior” və “Delta Poseidon” adlı hər iki gəmi Yunanıstan bayrağı altında hərəkət ediblər və İslam İnqilabı Keşikçiləri Korpusunun donanması tərəfindən saxlanılıblar.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri