Nazirlikdən çimərlikdə aşkarlanan suiti cəsədi ilə bağlı AÇIQLAMA – FOTO

Xəzər dənizi sahilində suiti cəsədi tapılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Xəzərin Buzovna sahilinə düşən hissəsində tapılan heyvanın bədənində deşiklərin olması onun tora ilişərək yox, güllə yarasından ölməsi ehtimalını yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru Mehman Axundov bildirib ki, Buzovna sahillərində ölmüş suitinin müşahidə olunması ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər əsasında ərazidəki suiti cəsədinə vizual baxış keçirilib:

“Müşahidələr zamanı cəsədin üzərində qırmaq izlərinin olduğu müəyyən edilib. Suitinin təbii amildən deyil, brakonyerler tərəfindən öldürüldüyü məlum olub”.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO