Nazirin 16 il öncə vəfat etmiş şəxsə salam göndərməsi doğrudurmu? – FOTO

Sosial mediada Mədəniyyət naziri Anar Kərimovun xalq artisti, bəstəkar Vasif Adıgözəlovun ölümündən xəbərsiz olması ilə bağlı yayılan məlumatlara mərhum bəstəkarın ailə üzvləri münasibət bildiriblər.

Adıgözəlovlar ailəsinin yaxın dostu, tanınmış vəkil Aslan İsmayılov açıqlamasında nazir Anar Kərimovla Yalçın Adıgözəlov arasında belə bir söhbətin olmadığını deyib.

Vəkilin sözlərinə görə, bəstəkarın oğlu Yalçın Adıgözəlov sözügedən məlumatdan sonra onunla əlaqə saxlayıb.

“Yalçın Adıgözəlov mənə bildirdi ki, belə bir söhbət heç zaman olmayıb. Vasif Adıgözəlov 2006-cı ildə rəhmətə gedib, ona qədər də uzun müddət xəstə yatıb. Bunu hamı bilir. Bildiyim qədər mədəniyyət naziri də qarabağlıdır. Onun Vasif Adıgözəlovu tanımaması mümkün deyil… ”

Bəstəkar Vasif Adıgözəlov

Aslan İsmayılov qeyd edir ki, kimin kimlə haqq-hesabı varsa, əxlaqları olsun, rəhmətə gedən adamların adlarını hallandırmasınlar…

Sözugedən məlumatda bildirilirdi ki, musiqi tədbirlərinin birində Mədəniyyət naziri Anar Kərimov Yalçın Adıgözəlova yaxınlaşaraq, ondan atasının hal-əhvalını xəbər alıb və 16 il əvvəl rəhmətə gedən Vasif Adıgözəlova salamlarını çatdırmağı xahiş edib.

Related posts

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

1 şərh

Bernard Mart 22, 2024 - 4:52 səhər

Wow, marvelous blog format! How long have you been running
a blog for? you make running a blog glance easy.
The full glance of your website is fantastic, let alone the content material!
You can see similar here najlepszy sklep

Add Comment