Naxçıvanda dəhşət: Ölənlərin kimliyi məlum oldu – ADLAR

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində baş vermiş uçqun nəticəsində ölən şəxslərin adları müəyyənləşib.

Təmirə bağlanmış 3 saylı orta məktəb binasının bir hissəsini çökməsi nəticəsində ölən 4 nəfərdən 3-ü Nehrəm kənd sakinləri: Qadir, Həsən və “İban” adı ilə tanınan şəxs olub. Digər ölən şəxs isə qonşu Keçməbasar kəndinin sakini olub.

Onların meyitləri hadisə yerindən götürülərək aidiyəti üzrə təhvil verilib.

Dağıntılar altında başqa şəxsin qalıb-qalmaması barədə dəqiq məlumat yoxdur. Bununla belə ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Related posts

Qəzza…

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO