NASA mühəndislərindən maraqlı təklif: Ayda oksigen istehsalı – FOTO

NASA mühəndisləri maraqlı layihə hazırlayıblar. Belə ki, onlar Ayda “oksigen boru kəməri” çəkməyi təklif edirlər.

Elm adamları Yerin təbii peykində gələcək koloniyanı həyat verən qazla təmin etmək üçün belə bir ideya ilə çıxış ediblər.

Layihəyə əsasən boru xətti Ayda böyük su buzu ehtiyatlarının aşkar olunduğu Cənub qütbündən çəkiləcək.

Oksigenin elektrolizdən istifadə etməklə istehsalı planlaşdırılır: elektrik cərəyanı sudan keçərək onu hidrogen və oksigenə parçalayacaq.

Layihə uzunluğu 5 kilometrə qədər olan boru kəmərinin tikintisini nəzərdə tutur.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO