Narkotik çəkib avtobus idarə edən şəxs TUTULDU (Video izlə)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazid əməllərinin qarşısı alınıb.

DYP-dən verilən məlumata görə, “İsuzu” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.

K.Həzrətquliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Related posts

Əli Əsədov və Ceyhun Bayramov İran İslam Respublikasına gedib -VİDEO

Bakıda avtomobil qatar yoluna aşdı – RƏSMİ AÇIQLAMA + VİDEO

Bakıda 62 illik körpüdən geriyə qalanlar – VİDEO