Naməlum zirehli dinozavr növü tapıldı

Böyük Britaniyanın Uayt adasında əvvəllər məlum olmayan dinozavr növünün daşlaşmış qalıqları aşkar edilib.

Bu, 1865-ci ildən bəri adada tapılan ilk yeni zirehli dinozavr növüdür. O, Ankilozavrlar ailəsinə aiddir.

Zirehlə örtülmüş nəhəng sürünən qorxulu görünsə də, yalnız bitkilərlə qidalanıb.

Qalıqlar yaşı 66 ilə 145 milyon il arasında olan qayalarda tapılıb. Ona Londondakı Təbiət Tarixi Muzeyində 20 il işləyən professor Pol Barretin şərəfinə “Vectipelta Barretti” adı verilib.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO