Naftali Bennett: İsrail dağılmaq ərəfəsindədir

QafqazTimes xəbər verir ki, sionist rejimin baş naziri Naftali Bennet cümə günü axşam rejimin süqutunun yaxınlaşması ilə bağlı xəbərdarlıq edib.

İbranidilli “Akka” saytı İsrailin baş nazirinin sözlərindən sitat gətirib: “İsrail əsl sınaq qarşısındadır və dağılmağa yaxınlaşan və tarixi dilemma ilə üz-üzə qalan görünməmiş bir vəziyyətin şahidi olur.”

Naftali Bennet əlavə edib: “Əvvəllər ölkəmiz iki dəfə parçalanmışdır. Birinci dəfə 80 yaşında daxili çəkişmələr nəticəsində və ikinci dəfə isə 77 yaşı olan zaman daxili müharibələr səbəbindən. Biz hazırda üçüncü dövrdəyik və səkkizinci onilliyə yaxınlaşırıq. Hamımız əsl sınaq qarşısındayıq. Ölkəmizi qoruya bilərikmi?”

O, həmçinin son illərdə işğal olunmuş ərazilərdəki xaosa, təkrar seçkilərə, kabinetin iflic vəziyyətinə düşməsinə toxunaraq, rejimin tənəzzülün ən çətin anlarından birinə çatdığını bildirib.

İndiyədək bir çox sionist siyasi, təhlükəsizlik, hərbi səlahiyətlisi və elm xadimləri İsrailin süqutunun mümkünlüyündən danışıblar.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib