Nablusdakı qarşıdurmalarda 174 fələstinli yaralanıb

Qafqaztimes xəbər verir ki, Palestine Today-in məlumatına görə, İordan çayının qərb sahilindəki fələstinlilər cümə günü sionist həbsxanalarında olan fələstinli əsirlərə dəstək olaraq küçələrə çıxmışlar.

Nablusdakı fələstinlilər cümə namazından sonra küçələrə çıxaraq geniş miqyaslı nümayişlər təşkil etmişlər. Bu nümayişlərdə sionist silahlılarıyla qarşıdurmalar yaşanmışdır.

Fələstin bayraqları və Fələstinli əsirlərin fotolarını əldə tutan etirazçılar, Fələstinli əsirlərin həbsxanalardan dərhal azad edilməsini tələb edən şüarlar səsləndirmişlər.

Bu nümayişlər fələstinlilərin İordan çayının qərb sahilindəki digər fəaliyyətləri ilə bir vaxta təsadüf edib.

Bundan əlavə Hebron əyalətindəki fələstinlilər də fələstinli əsirlərə dəstək aksiyaları keçirmişlər. Sionist hərbiçiləri burada da nümayişçilərə hücum edərək onlara qarşı zorakılıq tətbiq etmişlər.

Fələstin Qızıl aypara cəmiyyəti, Nablusun cənubunda cümə günü baş verən qarşıdurmalarda ümumilikdə 174 nəfərin yaralandığını elan edib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…