Nəsrullah: İsrail üzərində qələbə günü ilahi gündür

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livanın sionist işğalından qurtuluşunun ildönümü və müqavimət günü münasibəti ilə çıxışında deyib: “İsrail üzərində qələbə günü ilahi günlərdən biridir”.

O, hər kəsi Livanın azad edilməsinin ildönümü münasibəti ilə təbrik edərkən deyib: “Allaha şükürlər olsun ki, bizi müqavimət yoluna yönəltdi.”

Hizbullahın baş katibi bəyan edib: “Allaha öz vədinə əməl etdiyinə görə şükürlər olsun. Bu ilahi vədə mayın 25-də həyata keçdi.”

O, həmçinin deyib: “Allaha şükür edirik ki, heç bir ərəb rejimini, Birləşmiş Millətlər Təşkilatını və ya Təhlükəsizlik Şurasını gözləmədik.”

Daha sonra Nəsrullah müharibə veteranlarına və əsirlərə göstərdikləri fədakarlıqlara görə təşəkkür edib.

O, əlavə edib: “Biz Livan ordusuna, xüsusən də 90-cı illərin son illərində müqavimətlə həmrəyliyinə görə böyük təşəkkürümüzü bildiririk.”

Hizbullahın baş katibi çıxışına davam edərək əlavə edib: “Biz İran İslam Respublikasına, xüsusən də şəhid Hacı Qasim Süleymaninin roluna görə təşəkkür edirik və bunu yüksək qiymətləndiririk.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO