Nəhəng anbar hər kəsin gözü qarşısında yerlə yeksan oldu (Video izlə)

Rusiyanın Orenburq vilayətində baş verən yanğın taxılqurudan anbarın uçub-dağılması ilə nəticələnib. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, hadisə vilayətin İlek rayonunun Kardailovo kəndində baş verib. Taxıl tullantılarının qurudulması üçün çən istilik aqreqatlarının nasazlığı səbəbindən sıradan çıxıb.

Yanğınsöndürənlər yanğını söndürən zaman qurutma şaxtasının nazik metal çərçivəsi istiyə tab gətirə bilməyib və dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO