Myanmadakı qətllərdə sionist rejimin izləri

QafqazTimes xəbər verir ki, 2021-ci ildə dövlət çevrilişinə kömək etmək üçün Myanma hökumətinə casus proqram təminatı satan bir İsrail şirkəti və bəzi sionist məmurlar hazırda qətl və bir sıra vəhşiliklərdə əli olmaqda ittiham olunurlar.

Arabi21 xəbər saytının xəbərinə görə, əldə olunan bir sıra yeni sənədlərə görə İsrailin “Cognite Software” şirkəti 2021-ci ilin fevralında baş vermiş hərbi çevrilişdən bir ay əvvəl Myanmada hökumət tərəfindən dəstəklənən telekommunikasiya şirkətinə casus proqram təminatı satmaq üçün tenderdə qalib gəlib.

Bu yaxınlarda İsrail prokurorluğuna təqdim edilən və təfərrüatları bu gün açıqlanan hüquqi şikayətə görə, bu müqavilə Tel-Əviv Nazirlər Kabinetinin 2017-ci ildə Ali Məhkəmənin qərarından sonra Myanmaya müdafiə texnologiyalarının ötürülməsini dayandıracağını bildirdiyi vaxt imzalanıb.

Medialar bu iddianın israilli vəkil İtai Mak tərəfindən davam etdirildiyini bildiriblər. O, əvvəllər sionist rejimin Ali Məhkəməsinin hökmünün icrası səylərinə rəhbərlik etmişdir və hazırda bu müamilə ilə bağlı cinayət təhqiqatının aparılmasını tələb edir.

İsrail şirkətinə qarşı bu şikayətdə, həmçinin Müharibə və Xarici İşlər Nazirliklərindəki digər sionist məmurlar da ittiham olunurlar. Hansı ki, onlar bu cür əməliyyatlara nəzarət edən və Myanmada insanlığa qarşı cinayətlərin törədilməsində məsuliyyət daşıyan şəxslərdir.

Bildirilir ki, bu casus proqram Myanma və sionist hakimiyyət orqanlarına internet və telekommunikasiya şirkətlərinin köməyi olmadan zənglərə qulaq asmaq, mesajlara və e-poçtlara baxmaq və istifadəçilərin yerlərini izləmək imkanı verə bilib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur