Çoxlu insanın qətlə yetirilməsi ilə nəticələnən Myanma çevrilişində bir neçə sionist rejim məmurunun da ifası olma faktı aşkara çıxıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, təhlükəsizlik sistemləri fəaliyyəti ilə məşğul olan bir İsrail şirkəti ilə birlikdə sionist rejimin yksək çinli bir neçə məmuru 2021-ci ildə Myanma çevrilişinin həyata keçməsinə yardım edib. Belə ki, bu şirkət vasitəsilə çevriliş amillərinə casusluq proqramları satdıqları insan hüquqlarına zidd olması səbəbilə qanun qarşısında cavab vermək məcburiyyətindədirlər.
“Ərəbiyy 21” xəbər portalının verdiyi məlumata əsasən, İsrailin “Cognite Software” şirkəti Myanmada baş verən 2021-ci ilin fevral çevrilişindən bir ay əvvəl dövlət rabitə şirkətinin təşkil etdiyi tenderdə qalib gəlib.
Bu yaxınlarda İsrail baş prokurorluğuna verilən hüquqi şikayət ərizəsindən sonra dosyenin detalları üzə çıxıb. Çünki 2017-ci ildə Tel-Əviv nazirlər kabinetinin fərmanı və ali məhkəmənin qərarı ilə Myanmaya hər hansı bir müdafiə texnologiyası ötürülməsi qadağan edilibmiş.
Bəzi medialar yazır: Son şikayət ərizəsini əvvəllər ali məhkəmənin qərarının icrasını tələb edən israilli vəkil İtay Mak müdafiə edir və bunun bir cinayət işi kimi davam etməsini tələb edir.