Fələstinlilər Bakıda keçiriləcək sionist diplomatlarının görüşünü pisləyiblər

QafqazTimes xəbər verir ki, Fələstinin müqavimət qrupları bu bazar ertəsi axşam saatlarında Azərbaycan hökumətinin sionist rejimin diplomatlarının Bakıda qəbul edilməsi ilə bağlı qərarını pisləyiblər.

“Əl-Elam əl-Muqavəmə” telegram kanalı bu qrupların bəyanatlarına istinad edərək bildirib ki, müqavimət qrupları və bütün Fələstinin milli qurumları Azərbaycan hökumətinin Fələstin millətinə və İslam ümmətinə qarşı cinayətlər törətməyə davam edən sionist rejimin belə bir iclas keçirməsinə icazə verməsinə qarşı ciddi qəzəb və narahatlıqlarını ifadə ediblər.

Bu bəyanatda bildirilir ki, bu hərəkət Azərbaycanla Təl-Əviv arasında münasibətlərin normallaşması üçün bir müqəddimədir və Azərbaycanın bir müsəlman ölkəsi kimi belə təhlükəli və gərgin addım atması təəccüb doğurur. Çünki bu addımın Azərbaycan xalqı üçün çoxlu zərərləri vardır.

Bu qruplar Azərbaycan xalqının sionist rejimlə münasibətlərin normallaşmasının əleyhinə olduğunu bəyan edərək, bu rejimin bölgədəki rolunun təkcə Fələstin millətinə qarşı deyil, həm də digər ölkə və millətlərə qarşı açıq təcavüz olduğuna işarə ediblər. Onların nəzərinə görə məhz buna görə də sionistlər Azərbaycan hökuməti üçün ciddi problemlər yaradacaqlar.

Sonda Fələstin müqaviməti Azərbaycan xalqından bu ölkə hakimiyyətinin bu kompromis addımlarına qarşı durmağa çağırıb. Onlar həmçinin bildiriblər ki, Amerika və sionist rejimi Azərbaycan ərazisindən sui-qəsd, təcavüz və qonşu dövlətlərə casusluq məqsədilə istifadə etməyə çalışır və bu məsələ Azərbaycan millətinin ziyanınadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının hakimiyyət orqanları ilə sionist rejim arasında baş tutan son mübadilədən sonra Bakı şəhəri İsrail rejiminin Avrasiya regionunda yerləşən diplomatlarını qəbul etməyi planlaşdırır.

Related posts

ABŞ-ın əsil siması

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

İsraillə dostluq baha başa gəlir