“Musanın əsası” sionistlərin başına endi!

Qafqaztimes.com Al-Alam-ə istinadən xəbər verir: Özünü “Musanın əsası” adlandıran haker qrupu İsrailin üç nəhəng şirkətinin elektron sistemini hək edib. Adətən dünya ölkələrini haker hücumları ilə hədələyən sionist rejim bu dəfə öz çirkin əməllərinin qurbanı olub. Ediot Axronot qəzeti xəbər verir ki, “Musanın əsası” qrupu ötən günlərdə İsrailin hərb naziri Beni Hans və bir qrup hərbçinin məhrəmanə şəkillərini paylaşıb. Bunun ardınca nəhəng Ehud Lutayan, Devid və HGM sionist şirkətləriin hesabı oğurlanıb. Hakerlər hesablara daxil olandan az sonra şirkətlərin gizli saxlanan layihələrini, məlumatlarını şəbəkələrdə nümayiş etdirib. “Musanın əsası” yaxın keçmişdə İsrail şirkətlərinə hücum etmiş “Qara kölgə” qrupundan fərqli olaraq pul tələb etməyib.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır