“Musanın əsası” sionist hərbi şirkətinin kameralarına haker hücumu edib

QafqazTimes xəbər verir ki, “Musanın əsası” adlı haker qrupu dünən günorta (cümə günü) işğal olunmuş Fələstin küçələrindəki kameraların görüntülərinin yayımlanmasından bir neçə saat sonra sionist “Rafael” şirkətinin ətrafındakı müşahidə kameralarına haker hücumu həyata keçirdiyini bildirib.

Bunun “yalnız bir başlanğıc” olduğunu deyən “Musanın əsası” qrupu həm ibri, həm də ingiliscə yazıb ki, tezliklə sionist rejim rəsmilərinin ofis və iqamətgahlarının fotolarını dərc edəcək.

Daha əvvəl də İsrail qurumlarına qarşı kiberhücumlarında uğurlu olan “Musanın əsası” iki dildə yazdığı “Gözlərinizlə görürük” başlıqlı mesajında ​​belə qeyd edib: “Biz sizi illərdir, hər an, hər addımda izləyirik. Bu, daxili kameralara giriş vasitəsilə fəaliyyətlərinizin kontrol edilməsinin yalnız bir hissəsidir. Təsəvvür edə bilmədiyiniz halda sizi hədəfə alacağımızı söyləmişdik.”

Bu haker qrupu daha əvvəl də Darknet və Telegram-da işğalçı rejim ordusunun yüzlərlə üzvünün şəxsi məlumatlarını və rejimin müharibə naziri Beni Qantzın şəxsi fotolarından ibarət faylları yayımlamışdı.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya