İbrahim Rəisi İlham Əliyevi İrana səfərə dəvət etdi

QafqazTimes xəbər verir ki, Azərbaycan Respublikası və İran İslam Respublikasının xarici işlər nazirləri Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian bu cümə günü telefon danışığında ikitərəfli əməkdaşlığın inkişafı və regionda baş verən hadisələri müzakirə ediblər.

İran xarici işlər naziri bu danışıqda iki prezidentin görüşünə, eləcə də İran İslam Respublikasının nəqliyyat nazirinin Bakıya səfərinə və Azərbaycan Respublikasının müdafiə nazirinin İrana səfərinə toxunaraq, bunu iki qonşu ölkə arasında yaxşı münasibətlərin əlaməti adlandırıb.

Xatırladaq ki, ötən həftə İranın nəqliyyat naziri Rüstəm Qasimi Bakıya səfər etmişdir. Eləcə də Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Tehrana səfər etmiş və bir sıra dövlət rəsmiləri ilə, o cümlədən Ayətullah Rəisi ilə görüşmüşdür.

Əmir Abdullahian İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin salamlarını Azərbaycan prezidenti İlham Əliyevə yetirmiş və İbrahim Rəisinin İlham Əliyevi İrana rəsmi səfərə dəvət etməsini iranlı həmkarına çatdırmışdır.

Xarici işlər nazirləri iki ölkə arasında imzalanmış sazişlərə, birgə inkişaf layihələrinə və digər əməkdaşlıq sazişlərinə də toxunaraq, bu sazişlərin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulamışlar.

Related posts

İsrail prokuroru ölümlə hədələyir

Əli Əsədov və Ceyhun Bayramov İran İslam Respublikasına gedib -VİDEO

Bakıda avtomobil qatar yoluna aşdı – RƏSMİ AÇIQLAMA + VİDEO