Müsəlman futbolçuların bu hərəkəti sosial mediada gündəm oldu – FOTO+VİDEO

Münhen “Bavariya”sının futbolçuları bölgənin ənənəvi geyimində və əllərində pivə ilə şəkil çəkdiriblər.

Kadrlar klubun sosial şəbəkə hesablarında yayılıb.

Qeyd edək ki, belə fotolar hər il çəkilir. Lakin bu dəfə komandanın yeni üzvü Sadio Mane diqqət mərkəzinə düşüb. Münhen klubunun ulduz transferi müsəlman olduğu üçün əlində pivə olmadan şəkil çəkdirib.

Həmçinin, klubun daha bir yeni üzvü, müdafiəçi Nussayr Mazraui də müsəlmandır.

Qeyd edək ki, “Bavariya”da bənzər hallar əvvəllər də olub.

Məsələn, hələ 2006-cı ildə İslamı qəbul edən Frank Riberi əlində pivə olmadan fotolar çəkdirib.

Yeri gəlmişkən, “Bavariya”nın açıqlamasında oyunçuların əllərindəki pivənin spirtsiz olduğu vurğulanıb.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO