Müqtəda Sədrin mesajı qalmaqal yaratdı

Siyasətdən kənara çəkildiyini elan edən İraq Sədr Hərəkatı liderinin twitterdəki mesajı bu ölkə medialarının etirazına səbəb olub.

Fars Xəbər Agentliyinin məlumatına əsasən, ərəb ölkələri arasında 25-ci futbol yarışları astanasında Sədr Hərəkatı lideri Müqtəda Sədr twitter hesabında yazıb: “Ərəb Körfəzindən gələn əziz ərəb qonaqlarımıza xoş gəldin deyirəm”. Bu twitin həştagı isə “#Ərəblərə salam olsun” qeyd edilib.

Müqtəda Sədr mesajının davamında yazıb: “Övliya və saleh bəndələrin vətəni olan İraqın Bəsrə şəhərinə (müsabiqələrin keçiriləcəyi məkan) xoş gəlmisiniz! Əziz qonaqlarımız, buraya gəldiyinizdə sizin ev sahibi, bizim isə qonaq olduğumuzu görəcəksiniz”.

M.Sədrin Fars Körfəzini ərəb körfəzi adlandıran bu mesajının ardınca ərəb dilli insanlar mesajın İranla müxalifət məsələsinin yenidən gündəmə gəlməsi kimi dəyərləndiriblər.

“Nas News” agentlyi isə bu məsələyə öz münasibətini bildirərək yazıb: İran həmişə beynəlxalq cəmiyyətdə bu məsələyə qarşı olduğunu elan edərək məhz “Fars Körfəzi” ibarətinin istifadə olunmasını vurğulayıb.

Related posts

Gələcəyə ümidvar olmaq

Qəzza Qəssabı və

Aydınlatma cihadı