İraq Ali Məhkəməsi: Donald Tramp haqqında həbs qərarı verilib

İraq Ali Məhkəmə Şurasının sədri Qüds qüvvələri baş komandanı və Həşdüş-Şəəbi sədr müavininin qətlində iştirakı olanlar barədə cinayət işinin qaldırılması barədə qarşıya çıxan sualları cavablandırıb.

Fars İnformasiya Agentliyinin məlumatına görə, Faiq Zeydan bu gün general Qasim Süleymani və Əbu Məhdi Mühəndisin şəhadətinin üçüncü ildönümü münasibətilə keçirilən anım mərasimində deyib: Bu şəhidlərin qətl amilləri haqqında araşdırmalar aparır.

Faiq Zeydan həmçinin əlavə edib: Ali Məhkəmə vəzifəsindən və kimliyindən asılı olmayaraq bu cinayətdə rolu sübut olmuş şəxslər barədə ədalətli qərar verəcək.

Faiq Zeydan daha sonra deyib: Buna misal olaraq Donald Trampın bu cinayəti açıq-aşkar etdiyi üçün onun haqqında artıq həbs qərarı verilib.

Xatırladaq ki, 2020-ci il 3 yanvar tarixində İraq Ali Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın öz etirafına əsaslanaraq onun həbsi haqda qərar verib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!