Müqavimət ölkələri manevr keçirir

Beynəlxalq Qüds Günü astanasında müqavimətə dəstək məqsədi ilə dəniz donanmalarının hərbi təlimləri başlayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (13 aprel) İran, İraq və Yəmən ayır-ayrılıqda Beynəxalq Qüds Günü münasibəti ilə dəniz manevri keçirirlər.

İslam İnqilabı Keşikçilər Korpusu dəniz donanması da Homoz boğazı və Bəndər Abbas körfəzində 2 hərbi gəmi və qayıqlarını nümayiş etdirib. 2700 qüvvənin iştirak etdiyi bu manevrdə Fələstin bayrağı dalğalandırılıb. Həmçinin bu manevr Xəzər Dənizinin Gilan əyaləti sularında hərbi manevrlə bu tədbirə qoşulub.

Yəmənin Həşdüz-Şəbi qüvvələri ölkənin qərbində yerləşən Əl Hədidə əyalətində hərbi təlimlərə başlayıblar.

Sepah qüvvələrinin komandanı general Əlirza Təngsiri Fələstin xalqının yeganə azadlıq yolunun müqavimətlə mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, İraqın cənub bölgəsi olan Bəsrə sularında da Beynəlxalq Qüds Günü münasibəti ilə hərbi manevr təşkil olunub.

Related posts

Sionist qəsəbə sakinləri Əl Əqsa məscidinə basqın edib

Sionist qəsəbə sakinləri Əl Əqsa məscidinə basqın edib

İhud Barak: Netanyahu İsraili uçuruma apardı

İhud Barak: Netanyahu İsraili uçuruma apardı

Default image

ABŞ komandiri: 10 min dollarlıq PUA-nı 2 milyon dollarlıq raketlə vururuq