Koreyada yüzlərlə sakin təxliyə olundu: Güclü yanğına müdaxilə edə bilmirlər (Video izlə)

Cənubi Koreyanın Qanqvon əyalətinin Qanqneunq şəhərində meşə yanğını baş verib.

Güclü külək səbəbindən sürətlə yayılan yanğında riskli bölgələrdəki 300 nəfər təxliyə edilib. Yanğınsöndürənlərin alova nəzarət etmək üçün işlərini davam etdirdiyi, külək səbəbindən yanğına havadan müdaxilənin mümkün olmadığı bildirilir.

170 hektardan çox ərazi yanaraq külə dönüb.

Yanğının səbəbi araşdırılır.

İlkin məlumata görə, alov güclü külək nəticəsində bir ağacın elektrik kabellərinin üzərinə düşməsi səbəbindən başlayıb.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO