Qafqaztimes xəbər verir ki, yəmənli mənbələr çərşənbə günü axşam Səudiyyə qüvvələrinin Yəmənin şimal sərhəd bölgələrindən birinə qanlı hücumu barədə məlumat veriblər.
Əl-Məsirə telekanalının məlumatına əsasən, Səudiyyə koalisiyasının Ər-Rəqu bölgəsini bombardman etməsi nəticəsində iki uşaq həyatını itirmişdir.
Bu hücum nəticəsində ikisi qadın olmaqla dörd nəfərin yaralandığını bildirilir.
Yəmənin sərhəd bölgələri son altı ildə dəfələrlə Səudiyyə koalisiya qüvvələrinin raket və artilleriya hücumlarına məruz qalıb.
Səudiyyə koalisiyasının bu hərbi təcavüzləri minlərlə dinc əhalinin öldürülməsi və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun məhvi, aclıq və yoluxucu xəstəliklərin yayılmasından başqa onlar üçün heç bir müvəffəqiyyətə səbəb olmamışdır.