Ayətullah Xamenei: Quranı və İslamı fərdi və ibadi məsələlərlə məhdudlaşdıranlar Qurandan xəbərsizdirlər

Qafqaztimes xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei, müqəddəs Ramazan ayının ilk günündə virtual Quran mərasimində çıxış edib.

Ayətullah Xamenei Allah kitabı ilə üns yaratmağın əhəmiyyətinə toxunaraq buyurub: “Quranın ilk ayələri hidayətdən bəhs etməklə başlayır və Quranda dəfələrlə bu hidayətdən və yol göstərməkdən söhbət açılır və Quranın bu müraciəti bütün insanlığadır. Quranın iddiası bütün bəşəriyyəti haqq yola yönəltməkdir.”

O, belə davam edib: “Quranı və İslamı fərdi və ibadi məsələlərlə məhdudlaşdıran və ictimai məsələlərdə Quran kənara qoyulmalıdır deyən şəxslər Qurandan xəbərsizdirlər. Onlar Quran oxumamışlar və bu üzdən də belə səhv düşüncədədirlər.”

İmam Xamenei nüvə müzakirələri məsələsinə də toxunaraq belə söyləyib: “ABŞ haqqı qəbul etmək üçün danışıqlara getmir, ABŞ yalnız batil mövqeyini tətbiq etmək üçün danışıqlar aparmaq fikirindədir.”

İnqilab rəhbəri belə əlavə edib: “Avropalı cənablar bəzi özəl görüşlərdə İranın haqlı olduğunu etiraf edirlər, lakin qərar vermə anında müstəqilliyə sahib deyillər və ABŞ-ın diktəsini yerinə yetirirlər.”

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək