Mövlud Çavuşoğlu: Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq

QafqazTimes xəbər verir ki, Ermənistan prezidenti çərşənbə axşamı bildirib ki, Yerevan həmişə Türkiyə ilə münasibətlərin qurulmasına və sərhədlərin “ilkin şərt olmadan” açılmasına razı olub.

“Arka” xəbər agentliyinin məlumatına görə, Ermənistan prezidenti Vahagen Xaçaturyan “Avrasiya” saytına müsahibəsində bildirib ki, “ilkin şərtsiz” ifadəsi bir diplomatik qaçış deyil.

O, əlavə edib ki, 90-cı illərin əvvəlində və 2008-2009-cu illərdə Ermənistan və Türkiyənin münasibətlərində əsaslı dəyişikliklər etmək və normallaşmaya doğru irəliləmək imkanı olub, lakin bu imkanlardan tam istifadə olunmayıb.

Münasibətlərin qurulması üçün ilkin şərtə qarşı olduğunu bildirən Ermənistan prezidenti əlavə edib ki, Ermənistan Türkiyə ilə əlaqələr qurmağa və qonşuları ilə problemləri həll etməyə ümid edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu yaxınlarda bildirib ki, ölkəsi Ermənistanla münasibətləri normallaşdırmaq üçün istənilən yolu alqışlayır.

Çavuşoğlu türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşündə Ermənistan rəsmiləri ilə görüşmək və iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün hər fürsətdən istifadə etməyə hazır olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri əlavə edib ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında münasibətlərdə hər hansı müsbət addım mütləq Ankara ilə İrəvan arasındakı münasibətlərdə də öz əksini tapacaqdır.

Related posts

Hizbullah sionist hərbçilərin toplantısını darmadağın edir

Demokratlar Co Baydendən sionist rejimin iki nazirinə sanksiya qoymasını tələb edir

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik