Mossad yenə nakam qaldı

İranın Kəşfiyyat Nazirliyi  ölkədə dörd Mossad terrorçu və casus qrupunun məhv olunmasıdan xəbər verib.

İSNA yazır: Ötən 3 həftə ərzində verilən bəyanatlardan sonra İran Kəşfiyyat Nazirliyi Tehran, İsfahan, Yəzd, Qərbi Azərbaycan və Gülüstanda 23 əməliyyat və dəstək elementi müəyyən edilərək  ölkə daxilində olan 13 nəfər həbs edilib. Onlardan müxtəlif növ əməliyyat avadanlıqları müsadirə olunub.

Məlumatda həmçinin deyilir: “Sirus ləqəbli şəbəkə rəhbəri Avropadan sosial media vasitəsilə ölkə daxilindəki əməliyyat planlarını detalları ilə müəyyənləşdirib və ilkin əlaqələr yaradıb.

Bu xəbərə əsasən, Mossad İranda baş verən son iğtişaşlardan sonra hərbçilərin qətli və ölkənin iri şəhərlərində bir neçə təxribat əməliyyatları keçirmək istəyirmiş. Sionist rejiminin bu casusluq təşkilatı həmçinin cənub dəniz sərhədlərindən İrana kütləvi miqdarda partlayıcı maddələr keçirməyi planlaşdırırmış. Amma onların planı baş tutmayıb.

Related posts

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır

Əbu Übeydə: Biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur