Moskvada Türkiyə-Ermənistan dialoqu

Türkiyə Xarici İşlər Nazirliyi ( XİN) də Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilən bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparılıb.

Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.

Qeyd edək ki, Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş bu gün Rusiyanın paytaxtı Moskvada keçirilib.

Related posts

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

Suriyada son hadisələr: Kürdlərlə (QSD) Culaninin rəhbərlik etidiyi silahlı qüvvələrin atışmasında iki nəfər öldürüldü – ətraflı

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı