Moskvada Qırmızı Meydanda Qələbə paradı keçirildi – VİDEO

Rusiya paytaxtının Qırmızı Meydanında İkinci Dünya müharibəsində qələbənin 78-ci ildönümü şərəfinə hərbi parad keçirlib.

Tədbirdə Rusiyanın tanınmış döyüş hissələrinin və hərbi ali məktəblərinin hərbi qulluqçuları, kursantları, həmçinin Federal Təhlükəsizlik Bürosu, Fövqəladə Hallar Nazirliyi, Rusiya Qvardiyasının hərbi qurum və hissələrinin nümayəndələri iştirak ediblər.

Paradda kazak qoşunlarının üzvləri də olub.

Ümumilikdə Qırmızı Meydandan 10 mindən çox insan və 125 ədəd müxtəlif növ silah və texnika keçib.

Mərkəzi tribunada Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Raxmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, həmçinin veteranlar və tədbirin qonaqları yer alıblar.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO