Moskva yaxınlığında güclü yanğın (Video izlə)

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında anbarda yanğın baş verib.

Yanğın “Sindika” bazarının ərazisində 2100 kvadratmetr sahəni əhatə edib.
Bu barədə Fövqəladə Hallar Xidmətlərindən məlumat verilib.

“Moskva Dairəvi yolunun 65-ci km-də “Sindika” bazarının ərazisində anbarda yanğın başlayıb. Hazırda o, bütün ərazini – 2100 kvadratmetr sahəni bürüyüb”, – deyə bildirilib.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Yanan anbarın içərisində tikinti materiallarının olduğu bildirilir.

Həmçinin fövqəladə hallar xidmətindən verilən məlumata görə, yanğının qəsdən törədilə biləcəyi də istisna olunmur.

Related posts

ABŞ-da 81 milyard dollarlıq ticari böhrana səbəb olan körpü partladıldı – VİDEO

Daşqınlar ölümcül xəstəlikdən vəfat edənlərin məzarlarını açdı: Qazaxıstanda təhlükə – VİDEO

Yer kürəsini daha bir günəş qasırğası vuracaq: Tarix açıqlandı – FOTO/VİDEO